Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedrada vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Həmin kafedralar bunlardır:
Politologya və siyasi idarəetmə kafedra müdiri
Dövlət qulluğu və kadr siyasəti kafedra müdiri
Beynəlxalq münasibətlər və xarici siyasət kafedra müdiri
Dövlət idarəetməsi və menecment kafedra müdiri
Fəlsəfə və sosial psixologiya kafedra müdiri
Dillər kafedra müdiri
Müsabiqədə bu istiqamətlər üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, elandakı iki kafedranın rəhbəri ölkənin tanınmış, məşhur simalarıdır.
Biri Prezident Admninistrasiyasının (PA) sabiq rəhbəri, akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyev, digəri isə professor, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdur.
R. Mehdiyev “Dövlət qulluğu və kadr siyasəti”, Ə. Həsənov isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiridir.
Ə. Həsənov 2000-ci ildən, R. Mehdiyev isə 1990-ci illərdən kafedra müdiri vəzifəsini tutur.
Bir çoxları bunun təsadüf olmadığını, hakimiyyətin “gözündən düşmüş” həmin şəxslərlə tam “üzülüşmə” prosesinin tərkib hissə olduğunu bildirirlər.
Bu baxımdan, hər iki şəxsin təkrar kafedra müdirləri seçilməsi və ya namizədliklərini yenidən irəli sürməsi qəliz, çətin görünür. Etikxeber.az