Ramiz Mehdiyevin və AMEA Aparatının maaşları artırılıb –QƏRAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Bu, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında əksini tapıb.
Belə ki, AMEA prezidentinin aylıq vəzifə maaşı 2570 manatdan 3084 manata, AMEA-nın 1-ci vitse-prezidentinin 1780 manatdan 2136 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin 1645 manatdan 1974 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmə- lərin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin aylıq vəzifə maaşı 1230 manatdan 1476 manata, İdarə rəisinin maaşı isə 1190 manatdan 1428 manata qaldırılıb.

Bundan başqa AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin aylıq vəzifə maaşı 1150 manatdan 1380 manata, İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisinin aylıq maaşı 980 manatdan 1176 manata, Qeyri-əsas şöbənin rəisi, sektor müdirinin 715 manatdan 858 manata, Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 675 manatdan 810 manata, Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin 630 manatdan 756 manata, Aparıcı mütəxəssisin 570 manatdan 684 manata, Mütəxəssisin aylıq vəzifə maaşı isə 520 manatdan 624 manata qaldırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətininvə Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının CƏDVƏLİ

Sıra

№-si

Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1. AMEA-nın prezidenti 3084
2. AMEA-nın 1-ci vitse-prezidenti 2136
3. AMEA-nın vitse-prezidenti, akademik katibi 1974
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmə- lərin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi 1476
5. İdarə rəisi 1428
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə

rəisinin müavini

1380
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin

elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi

1176
8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 858
9. Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 810
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 756
11. Aparıcı mütəxəssis 684
12. Mütəxəssis 624
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“20 Yanvar qırğınına görə SSRİ rəhbərliyi məsuliyyət daşıyır” –

Sonrakı məqalə

Heykəli “mırta” dağıdanlar