Tramp andiçmə mərasimindən sonra Putinlə telefon danışacaq –CNN

Tramp andiçmə
Tramp andiçmə

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz komandasına yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra qərar verib. Belə ki, ilk günlərdə Rusiya lideri Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.  AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə,  Tramp andiçmə mərasimindən  bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.

CNN-in verdiyi xəbərə görə, telefon danışığının mövzularından biri Ukraynadakı münaqişənin həlli üçün yaxın aylarda iki liderin mümkün şəxsi görüşünün müzakirəsi olacaq.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Bayden administrasiyasının ABŞ-Rusiya münasibətlərinə böyük ziyan vurduğunu demişdi.

Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Co Bayden Ukraynaya qeyri-sağlam maraq ucbatından  Qərblə Rusiya arasında az qala nüvə silahına çevrilmiş münaqişəyə başlayıb.  Rusiya tərəfi Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşdırılmasının zəruriliyini düşünür.

Qeyd edək ki, Britaniyanın “Financial Times” qəzeti Ukraynanın 2025-ci ildə Rusiya ilə sülh müqaviləsi bağlamağa razılaşacağını yazıb. Jurnalistlərin fikrincə, ölkə prezidenti Vladimir Zelenski hərbi əməliyyatları dayandırmaq üçün bəzi əraziləri güzəştə gedəcək. Bunun müqabilində Ukrayna ABŞ-ın dəstəyi ilə Avropadan təhlükəsizlik zəmanəti alacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.