Ramzan Kadırov qızına yüksək vəzifə verdi- 20 yaşlı Xutmat səhiyyəyə nəzarət edəcək

Çeçenistan lideri Ramzan Kadırov 20 yaşlı qızı Xutmatı ölkə səhiyyəsi üzrə kurator təyin edib.

Azpost.info xəbər verir ki, Xutmat Kadırova buna qədər Çeçenistan rəhbərinin katibliyində müavin vəzifəsini tuturdu.

Yeni təyinat barədə hökumət rəsmilərindən Adam Alxanov məlumat verib.

O, qeyd edib ki, Çeçenistan liderinin qızı bundan sonra respublikanın səhiyyə sisteminə nəzarət edəcək: “Çeçenistan liderinin tapşırığı ilə bundan sonra respublikanın səhiyyə sisteminə Xutmat Ramzanovna rəhbərlik edəcək. Biz onun nəzarəti altında olan reabilitasiya xidmətinin keyfiyyətcə yeni səviyyəyə çatdığını görürük. İndi Xutmat Kadırovanın biliyi və təcrübəsi bütün tibb sənayesinin inkişafına töhfə verəcək”.

Azpost.info

Əvvəlki məqalə

Həcc ziyarətinin qiyməti

Sonrakı məqalə

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gedib