Həcc ziyarətinin qiyməti- AÇIQLANDI

Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Həcc ziyarətinə getmək üçün aşağıdakı sənədlər tələb edilir:

1. Xarici pasport;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4. Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.

Əvvəlki məqalə

İtkin düşən Azərbaycan vətəndaşının anası İran prezidentinə müraciət edib

Sonrakı məqalə

Ramzan Kadırov qızına yüksək vəzifə verdi