Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib –

FOTO
08 Oktyabr 2021 - 18:52

Çeçenistan Prezidenti Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib.

“RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib.

Onun sözlərinə görə, 22 yaşlı Ayşat Kadırova Çeçenistanın mədəniyyət naziri təyin olunub.

Qeyd edək ki, Ayşat Kadırova 2020-ci ilin sentyabrında Çeçenistan mədəniyyət nazirinin birinci müavini təyin edilib.