Rayonlara gediş-gəlişin hansı şəraitdə mümkün olduğu açıqlandı –OPERATİV QƏRARGAH

“Xüsusilə də xaricdəki tələbələrlə bağlı valideynlər müraciət edirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, xaricə reyslərdə məqsəd xaricdəki vətəndaşlarımızın Azərbaycana gəlməsidir: “Tibbi ehtiyaclarla bağlı Azərbaycan vətəndaşları xaricə gedə bilərlər. Biznes ehtiyacları ilə bağlı da xaricə gedənlər ola bilər. Amma biz hər zaman vətəndaşlarımıza xaricə getməməyi tövsiyə edirik”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, müalicəyə ehtiyacı olanların, iş fəaliyyəti ilə əlaqədar getməsi vacib olanların  bölgələrə gediş-gəlişinə icazə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun barəsində həbs qətimkan tədbiri seçildi

Sonrakı məqalə

Evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlandı