“Real Madrid”in futbolçusu ilə 5 klub maraqlanır

24 Fevral 2021 - 10:35

“Real Madrid”in yarımmüdafiəçisi Lukas Vaskes Avropa klublarının hədəfindədir.

29 yaşlı futbolçu İtaliyadan “Milan”, “Napoli”, İngiltərədən “Everton”, “Lids Yunayted” və İspaniyadan “Atletiko” kimi klubların marağındadır.

Qeyd edək ki, Vaskesin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır. O, 2015-ci ildən bəri “Kral klubu”nda çıxış edir.