“Real”la “Alaves” də bacarmayıb

24 Yanvar 2021 - 01:59

İspaniya La Liqasında XX turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Autsayder “Ueska”nın qonağı olan “Vilyarreal” qolsuz heç-heçə ilə kifayətlənib.

“Sevilya” doğma arenasında “Kadiz”ə Yussef En Nesirinin het-triki sayəsində qalib gəlib.

“Real Sosyedad”la “Betis”in duelində qonaqlar son dəqiqələrdə vurduqları qollarla 1 xal qazanmağa müvəffəq olub.

İspaniya Superkuboku və Kral Kubokunda məğlub olan “Real” La Liqada axırıncı yenilgisini 8 tur əvvəl aldığı “Alaves”in qonağı olub. Son 8 matçın 6-da qələbə qazanıb, 2-də heç-heçə edən “kral klubu” bu səfərdən də 3 xalla dönməyə müvəffəq olub.

Turun digər oyunları yanvarın 24-25-də keçiriləcək.

İspaniya La Liqası
XX tur
23 yanvar
“Ueska” – “Vilyarreal” – 0:0
“Sevilya” – “Kadiz” – 3:0

En Nesiri, 35, 39, 62
“Real Sosyedad” – “Betis” – 2:2
İsak, 48, Oyarzabal, 57 – Kanales, 86, Xoakin, 90+2
“Alaves” – “Real” – 1:4
Jozelu, 59 – Kasemiro, 15, Benzema, 41, 70, Azar, 45+1