“Regionda sülh və sabitlik üçün Azərbaycandan təsirli addımlar gözləyirik” - Ermənistan parlamentinin sədri

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və sonradan demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədləri əsasında aparılmalıdır. Bu da öz növbəsində SSRİ respublikalarının keçmiş sərhədlərini əks etdirirdi”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının Səmərqənddə keçirilən iclasında deyib.

“Biz regionda tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışırıq. Biz hesab edirik ki, sərhədlərin delimitasiyası və sonradan demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədlərinə əsaslanmalıdır. Məhz buna əsasən, sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinə çevrildi”, – Simonyan bildirib.

O əlavə edib ki, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması Ermənistan üçün prioritet vəzifədir: “Biz problemli məsələlərin qarşılıqlı məqbul həll yollarını tapmaq üçün iradə və konstruktiv yanaşma nümayiş etdirmişik. Biz Azərbaycandan dinc danışıqlar yolu ilə regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün təsirli addımlar gözləyirik”.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistanla Azərbaycan arasında sülhə aparan yeganə yol budur”

Sonrakı məqalə

Qəbələdə valideyn məsuliyyəti ilə bağlı sessiya keçirilib –