Qəbələdə valideyn məsuliyyəti ilə bağlı sessiya keçirilib –FOTO

Son bir ildə Azərbaycan  sürətlə uşaq və yeniyetmələrin intiharının artması “Regional qadın təşəbbüsləri” İB-ni dərindən narahat edir. “Regional qadın təşəbbüsləri” İB-də regionlarda valideyn və övladları arasında düzgün münasibət qurulmasını, Valideyn məsuliyyətinin artırılması, layihənin məqsədinə çatmaq üçün nəzərdə tutan layihə çərçivəsində Qəbələ  rayonunda məlumatlandırma sessiyası keçirib.

“Ailə dəyərlərinin təbliği istiqamətində regionlarda “Bu bir çağırışdır!” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Qəbələ  rayonundan olan 40 nəfər valideyn qatılıb.

Tədbiri giriş sözü ilə açan Regiona qadın Təşəbbüsləri İctimai Birliyinin sədri Məmmədova Kubra bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Valideyn və övladları arasında düzgün münasibət qurulmasını, Uşaq və yeniyetmələrin  həyata pozitiv baxmasını və pozitiv düşünməsini təmin etmək, Ailə üzvləri arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq,Uşaq tərbiyəsi haqqında valideynlərin məlumatlılığını artırmaq, Ailələrin uşaqları ilə keyfiyyətli vaxt keçirmələrinə təşviq etmək, uşaq cinayəti və intiharların qarşısının alınmasına yardım etmək, Valideyn məsuliyyətinin artırılmasına çağırışdır bizim layihəmizin məqsədi”.

Daha sonra tədbirin Psixoloqu Mabudlu Elvin tədbir iştirakçılarına intiharlar və onların növləri haqqında geniş məlumatlar verib.Uşaqlara qarşı necə duyarlı ola bilərik, hansı halda uşaq bizə intihar edəcəyini mesajını verir, onu intihardan yayındırma üçün nələr etməliyik və qarşısnı necə ala bilərik bu kimi dəyərli məlumatlar verib. Daha sonra tədbir iştirakçılarının marağına səbəb olan bir psixoloji təsviri test keçirib. Iştirakçıların sualları cavablandırılıb.

Sonda mövzu ilə bağlı Regional Qadın Təşəbbüsləri İB-ni hazırlamış olduğu Bu bir Çağırışdır! adlı sosial çarxın təqdimatı keçirilib . Tədbir iştirakçıları sosial çarx təqdimatını böyük maraqla və göz yaşları ilə izlədilər.

 

 

 

Əvvəlki məqalə

“Regionda sülh və sabitlik üçün Azərbaycandan təsirli addımlar gözləyirik” 

Sonrakı məqalə

Kreml Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünü təsdiqlədi