“Regionda vəziyyətin tənzimlənməsi əsas məsələlərdən biri kimi qalır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.
“Bilirəm ki, siz buna çox böyük diqqət ayırırsınız. Kompromis qərarların tapılmasına görə sizə təşəkkür edirəm. Onlar həmişə çətin olur. Amma əgər biz həllini istəyiriksə-biz isə hamımız istəyirik- bu yolla getməliyik. İndiyə qədər bunu etməyə nail olmuşuq. Buna görə sizə təşəkkür edirəm. Sizi görməyimə çox şadam”.