“Regionun əlavə qarşıdurmaya dözümü yoxdur” –İran XİN Tovuzdakı toqquşmalardan narahatdır

“Son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından sonra İran Xarici İşlər Nazirliyi (XİN) bu istiqamətdə fəaliyyətini artırıb. Çünki regionun əlavə qarşıdurmaya dözümü yoxdur”. 

Bunu İran XİN-in sözçüsü Abbas Musəvi İranın Ərdəbil əyalətində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran qarşıdurma baş verəndən sonra iki tərəfi təmkinli olmağa dəvət edib və gərginliyin azalacağına ümid edir. Musəvi qeyd edib ki, İran dinc yollar çərçivəsində Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə daha 493 nəfər koronavirusa yoluxub-

Sonrakı məqalə

Dolların sabahkı məzənnəsi açıqlanıb