“Regionun gələcəyini yalnız Bakı, Tiflis və İrəvan həll etməlidir” –Gürcüstan "Üçlər platformasını" təklif edib

Gürcüstan “altılıq platforması”na alternativ formatını təklif edib. 

Azpost.info bildirir ki, bu barədə xarici işlər naziri David Zalkaliani açıqlama verib.

“Bu bizim alternativ olaraq irəli sürdüyümüz təşəbbüsdür. Biz Cənubi Qafqazın üç ölkəsinin-Gürcüstan, Azərbaycan və Ermənistanın “üçlük formatını” təklif etmişik. Qoy Tiflis dialoq üçün meydan olsun. Bizim qonşularımıza regionda gərginliyi azaldacaq iqtisadi layihələrimiz var və onları qonşularımza təqdim etmək istəyirik.  Cənubi Qafqazın gələcəyini bu 3 ölkə həll edəcək”-deyə nazir vurğulayıb.

Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqazda 3 dövlətin- Azərbaycan, Ermənistan və Gürcüstanın və onların nufuzlu qonşuları olan Rusiya, Türkiyə və İranın birgə əməkdaşlığını ehtiva edir. Bu formatın əsas məqsədi regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden prezident səlahiyyətlərini Kamala Harrisə verəcək

Sonrakı məqalə

“Azərbaycan və Ermənistan münaqişəsindən ancaq Moskva xeyir görür” –