Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

APA xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Azərbaycan çempionu 36 yaşında vəfat etdi –

Sonrakı məqalə

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb