Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Restoran sahibi binanın təxliyyə qapısını kilidləmişdi” –

User 22 Noyabr 2025 - 15:54 (Last updated: 22 Noyabr 2025 - 15:54)
yanqin bina

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı yeni detallar məlum olub.Bir neçə gün əvvəl binanın baş ustası Yusif Həsənov şaxtadan gələn yanıq qoxusu ilə bağlı “Loft” restoranına müraciət etdikdə orada restoran əməkdaşları tərəfindən döyüldüyünü iddia edir.

Yusif Həsənov hadisənin detalları barədə jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, mərhum Samir müəllimin iştirakı ilə binada iş aparırdılar:
Bakupost.az
“Samir bəy mənə şaxtaların təmizlənməsi ilə bağlı tapşırıq verdi. Mən də şaxtanın açarını istəyən zaman “Loft” restoranının 3 əməkdaşı mənə hücum edərək döydülər. Bu barədə ərizə vermişəm.
Bizə şaxtaya daxil olmağa icazə vermirdilər. Generatoru oraya çoxdan quraşdırıblar, amma nəyə qoşulduğu barədə məlumatım yoxdur. Əsas yanğın da məhz şaxtadan başlayıb. Binanın şaxtası onların ərazisinə düşürdü, buna görə açarı vermirdilər.
İçəridə ikinci bir qapı var idi. Əvvəl bu qapı binaya məxsus olub, lakin obyekt fəaliyyətə başlayandan sonra kilidləyiblər və bizim ora girişimizə icazə verilməyib. Həmin qapı təxliyyə üçün nəzərdə tutulmuşdu və çölə çıxışı vardı. Qapı açıq olsaydı, insanlar oradan təxliyə ola bilərdi”.
 
Yusif Həsənov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

AzPost.az

Post navigation

Previous: ABŞ və Ukrayna İsveçrədə “Tramp planı”nı müzakirə edəcək
Next: Vətəndaşı küçədə döyüb pulunu alan şəxs saxlanılıb

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.