Məşhur aktyor Robert De Nironun 19 yaşlı nəvəsinin nədən öldüyü məlum olub.
Azpost.info bildirir ki, oğlanın anası, De Nironun böyük qızı Drena sosial şəbəkədə bu barədə yazıb.
“Kimsə ona fentanil həbləri satımşdı. Tərkibində fentanil olduğunu bilsələr də, onu satmaqdan çəkinmədilər. B zibili satan və alan bütün bu insanlara deyirəm – Oğlumu əbədi itirdim”-deyə Drena yazıb.
Qeyd edək ki, Leandro bazar günü Nyu-Yorkdakı mənzilində huşsuz vəziyyətdə tapılmışdı. Onun öldüyü elan olunmuşdu. Anası bu barədə məlumat yaysa da ölüm səbəbini yazmamışdı.
Azpost.info