Roma Papası Ərdoğana təşəkkür edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Bunu Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş Romada Papa Fransisklə görüşündən sonra bildirib.

Əli Ərbaş Roma Papasının görüşdə Rəcəb Tayyib Ərdoğanın dünyada sülh üçün güc sahibi olan və bununla bağlı çox çalışan azsaylı liderlərdən biri olduğunu vurğuladığını deyib.

Görüşdə əsas müzakirə mövzusunun İsrail-Fələstin münaqişəsi və Qəzza zolağında baş verən proseslər olduğu bildirilib, münaqişə həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyin mümkünsüzlüyü vurğulanıb(azərtac).

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.