Roma Papası ikinci dünya müharibəsinə aid məxfi arxivin açılmasına qərar verdi 

Roma Papası ikinci dünya müharibəsinə dair məxfi arxiv materialarını açmağa qərar verib.

Azpost.info bildirir ki, sabahdan etibarən tarixçilər 1939-58-ci illərdə Papa olmuş 12-ci Piy arxiv sənədləri ilə tanış ola bilərlər.

12-ci Piyin müharibə zamanı fəaliyyəti barədə birmənalı fikir yoxdur.

Bu barədə qərarı Roma Papası Fransisk şəxsən qəbul edib. Papa bildirib ki, 12-ci Piyin ikinci dünya müharibəsi zamanı fəaliyyət dövrü “20-ci əsrin ən kədərli və qaranlıq anlarındandır”.

Bununla Fransisk 12 Piyin ünvanına tənqdilər səsləndirən tarixçilərin çoxsaylı müzakirələrinə işarə edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb –

Sonrakı məqalə

Azərbaycanda IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib