Rövzət Qasımov:

“Seçkidən sonra namizədlər öz həqiqətini diqtə etməyə çalışır”
21 Fevral 2020 - 18:16

“Seçkidən sonra namizədlər öz həqiqətini diqtə etməyə çalışır”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov MSK-nın iclasında  deyib. Qasımov bildirib ki, seçki prosesinə subyektiv yanaşır: “Hərənin öz həqiqəti var. Məsələn, bir namizəd hansısa məntəqədən razılığını bildirir, digəri isə həmin məntəqədən narazılıq edir. Bəzən namizədlər subyekti olaraq öz iddialarını diktə etməyə çalışır. MSK bütün müraciətləri ciddi araşdırır və müvafiq qərar qəbul edir”. (APA)