“Ruhum bədənimdən ayrıldı, ölülərlə əlaqə qurdum” –Şeron Stoun (FOTO)

Tanınmış Hollivud aktrisası Şeron Stoun “Sabahın xeyir, Britaniya” proqramının qonağı olub.

“Haber Global”ın məlumatına görə, məşhur canlı efir zamanı maraqlı açıqlamalar verib.

Stoun 2001-ci ildə insult və iflic keçirdiyi anlarda yaşadıqlarını xatırlayıb.

Aktrisa bildirib ki, həmin anda ətrafında danışılanların hamısını eşidib.

“Ruhumun bədənimdən ayrılıb yuxarıya doğru hərəkət etdiyini hiss etdim. Sanki məndən əvvəl ölmüş insanları görürdüm. Onlarla danışmırdım, amma aramızda bir əlaqə yarandığını hiss edirdim”, – deyə ulduz bəyan edib.

Qeyd edək ki, Stoun xəstəlikdən sonra çox sürətlə yaxşılaşıb. Bir il sonra aktrisa “Oskar” mərasimində Con Travolta ilə səhnədə rəqs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayır

Sonrakı məqalə

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub