Rumıniya hökuməti Rusiya səfirliyinin 40-dan çox əməkdaşından 30 gün ərzində ölkəni tərk etməyi tələb edib.
Azpost.info xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya tərəfi 30 gün ərzində tələbi yerinə yetirməlidir”, – XİN-dən bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın qərarına cavab verəcəklərini bəyan edib.
Azpost.info
