Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı F-16-ları havaya qaldırıb

User 10 Fevral 2024 - 17:45 (Last updated: 21 May 2025 - 20:15)
F16-lar

Rumıniya Silahlı Qüvvələri Rusiyanın Ukraynanın Odessa bölgəsində həyata keçirdiyi irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq F-16 qırıcılarını qaldırıb.

APA Rumıniya mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi Odessa ilə həmsərhəd Tulça və Qalati əyalətlərində hava həyəcan siqnalı verib.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sakinlər təxminən səhər saat 03:00-a qədər hava bildirişləri alıblar və ikinci həyəcan siqnalı səhər saat 05:00-də verilib və 06:20-yə qədər davam edib. Bundan əlavə, “Fetesti” hərbi aviabazasından F-16 hərbi təyyarələri “milli hava məkanında axtarış missiyalarını yerinə yetirmək üçün” qaldırılıb.
Müdafiə Nazirliyi bildirib ki, həyəcan siqnalları zamanı Rumıniyanın hava məkanının pozulması halları qeydə alınmasa da, Rusiya Federasiyasının Ukraynanın Dunay limanlarında mülki infrastruktura hücumlarını pisləyir və bu hücumları əsassız və beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edir.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 31 pilotsuz təyyarə ilə hücuma keçdiyini, onlardan 23-nün vurulduğunu bildirib. Odessa və İzmaildə mülki infrastruktura ziyan dəyib.

Post navigation

Previous: Qaraçay-Çərkəz Respublikasının başçısı prezident İlham Əliyevi təbrik edib
Next: “Putinə inanmayın, o uduzur” –

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Oktyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...
Read more about Bu günə olan valyuta məzənnələri
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.