Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Rus alimlərinin köçmək üçün ABŞ-a girişi asanlaşdırılır –

User 30 Aprel 2022 - 11:00 (Last updated: 21 May 2025 - 20:15)
hava limani

Bir sıra Rusiya vətəndaşları üçün ABŞ-a giriş sadələşdiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Bayden administrasiyası yarımkeçiricilər, kosmik texnologiya, kibertəhlükəsizlik, qabaqcıl istehsal, hesablamalar, nüvə mühəndisliyi, süni intellekt, raket hərəkəti texnologiyası sahəsində təcrübəsi olan rusların ABŞ-a köçməsini asanlaşdırmaq istəyir: “ABŞ administrasiyası Rusiyadan gələn ixtisaslı işçilər üçün viza məhdudiyyətlərini yüngülləşdirmək niyyətindədir. Bu tədbir rus alimlərin ABŞ-a köçməsini daha rahat edəcək və Rusiyanın yüksək texnologiya potensialını zəiflədəcək”.

“Bloomberg” yazır ki, Bayden administrasiyası artıq ölkə Konqresindən ABŞ-a iş vizası almaq istəyən ali təhsilli ruslar üçün iş yerinin sübutu tələbini aradan qaldırmaq imkanının yaradılmasını istəyib: “Ağ Ev ümid edir ki, elm, mühəndislik və riyaziyyat sahəsində mütəxəssislər Rusiyadan ABŞ-a köçəcəklər. Qanun qəbul olunarsa, o zaman magistr və ya doktorluq dərəcəsi almış ruslar ABŞ-a daxil olmaq üçün sadələşdirilmiş sxemdən istifadə edə biləcəklər”.

“ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi təsdiqləyib ki, Bayden administrasiyasının niyyəti qısa müddətdə Rusiyanın yüksək texnologiya resurslarını zəiflətmək və gələcəkdə ölkənin innovasiya bazasını sarsıtmaqdır”, – məlumatda qeyd olunur.

Azpost.info

Post navigation

Previous: “Pentaqon sözçüsünün bu sözləri təhqirdir” –
Next: Laçında minaya düşən fəhlə vəfat edib

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il noyabrın 3-də Brüsseldə keçirilən Aİ-nin genişlənməsi sammiti çərçivəsində “Euronews”a müsahibəsində...
Read more about Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.