Rus diplomatlarının Aİ-də hərəkət azadlığı məhdudlaşdırıla bilər

Avropa İttifaqı yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində rus diplomatlarının hərəkətini məhdudlaşdırmağı təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.

Məlumata görə, Çexiya da analoji təkliflə çıxış edir. Onlar hesab edirlər ki, rusiyalı diplomatlar yalnız akkreditasiya olunan ölkədə qalmalıdırlar.

Nəşr qeyd edir ki, başqa bir təklif rus diplomatlarının hərəkətini bütün Şengen zonasına deyil, akkreditə olunduğu ölkəyə məhdudlaşdırmaqla bağlıdır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.