“1992-ci ildə yüksək rütbəli Rusiya hərbçilərinin mənimlə bir neçə görüşləri olmuşdu. Onlar Xocalının və Şuşanın erməni birləşmələrindən təmizlənməsiylə bağlı konkret söz vermişdilər”.
Azpost.info bildirir ki, bu sözləri sabiq prezident Ayaz Mütəllibov Şuşanın 1992-ci ildə işğalı ilə bağlı moderator.az-a müsahibəsində deyib.
A.Mütəllibovun sözlərinə görə, rus generallarının müəyyən maraqları müqabilində bu vədlərinin səmimiyyətinə də inanıb. “Sadəcə, hakimiyyətə can atan məlum qüvvələr torpaqlarımızın azad olunmasına imkan vermədi.”
Onun sözlərinə görə, Qarabağ müharibəsinin getdiyi dövrdə belə təşəbbüslər olurdu:
“Bəli, Xocalının da, Şuşanın da azad olunması ilə də bağlı Rusiyanın Azərbaycandakı ordusunun komandanlığıyla əlaqəli müəyyən işlər görülürdü. Konkret tarix və məkanlar xatirimdə deyil”- deyə A.Mütəllibov bildirib.