Rus ordusunun “Azovstal”da mühasirədə saxladığı mülki adamların görüntüləri yayıldı –VİDEO

Azpost.info bildirir ki, “Azov” alayı Mariupolda “Azovstal” zavodunun ərazisində mühasirədə qalan ukaraynalıların görüntülərini yayıb.

Videoda danışılanlardan belə məlum olur ki, insanlar iki aya yaxındır zirzəmidə qalırlar. Onlar əsasən qadınlar və uşaqlardır. Mülki sakinlər Ukraynanın işğal olunmamış ərazilərinə getmək üçün təhlükəsiz humanitar dəhliz istəyirlər.

Rus ordusu tərəfindən blokadaya alınmış “Azovstal” zavodunda 1000-ə yaxın mülki şəxs var. Amma rus qoşunları dəhlizi yalnız Ukrayna hərbçilərinin təslim olması və əsirlər üçün açıb. Şəhər rəhbərliyi bildirir ki, əhalinin təxliyəsi üçün ən azı bir günlük atəşkəs lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Çexiya BMT-də Rusiyanın boş qalmış yerini tutmaq istəyir

Sonrakı məqalə

Şuşada tikilən yaşayış massivlərinin sayı açıqlanıb