Rus sərhədçilər İrəvan aeroportunu bu tarixdə tərk edəcək- Paşinyan AÇIQLADI

Rusiya sərhədçiləri İrəvandakı “Zvartnots” hava limanını 2024-cü il avqustun 1-dək tərk edəcəklər.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan sərhəd qoşunları məsələ ilə bağlı rusiyalı həmkarlarına məktub göndərib. Məktubda Ermənistan sərhədçilərinin bu hava limanında müstəqil xidmət göstərmək üçün bütün lazımi bacarıq və biliyə malik olduqları bildirilib.

Baş nazir qeyd edib ki, bu, siyasi deyil, işgüzar bir prosesdir.

“Rusiya sərhədçilərinə göndərilən mesaj ilk növbədə, təşəkkür məktubudur. Bu məktubda 1 avqust 2024-cü il tarixi var. Məhz bu gündən etibarən rus sərhədçiləri “Zvartnots” hava limanında xidmətini dayandıracaqlar”, – Paşinyan deyib.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.