Rusiya 32 Yeni Zelandiya vətəndaşına qarşı sanksiya tətbiq edib

Rusiya 32 Yeni Zelandiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Sanksiyalara ölkənin Silahlı Qüvvələrin komandanlığının nümayəndələri, jurnalistlər, bələdiyyə orqanlarının əməkdaşları da məruz qalıblar. Bu şəxslərin Yeni Zelandiyada rusofob gündəmi formalaşdırmaqla məşğul olduğu bildirilir.

“Qara siyahı”ya Hərbi Dəniz Qüvvələri komandanının müavini Şeyn Arndell, Hərbi Dəniz Qüvvələrinin əməliyyat komandanı Qarin Qoldinq, publisist, Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Yan Hill də düşüb.

Azpost.info

Əvvəlki məqalə

Prezident Mərakeş Kralını təbrik edib

Sonrakı məqalə

“Şeyxülislamın Gürcüstana səfəri soydaşlarımıza böyük mənəvi dəstək oldu” –