“Şeyxülislamın Gürcüstana səfəri soydaşlarımıza böyük mənəvi dəstək oldu” –ƏLİMƏMMƏD NURİYEV

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərində nümayəndə heyətinin üzvü kimi iştirak etdim. Bu səfər ölkələrimiz arasında münasibətlərdə qarşılıqlı etimad mühtinin, xalqlarımızın dostluq bağlarının möhkəmlənməsində əhəmiyyətli töhfə kimi qiymətləndirilməlidir. Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşlərində və apardığı danışıqlar müzakirələrdə səmimi atmosferi, hər iki ölkəni narahat edən regional və qlobal proseslər, onların bölgəmizə təsiri açıq müzakirə oludu”.
Azpost.info bildirir ki, bu sözləri “Konstitusiya Araşdırmaları Fondu”nun prezidenti Əliməmməd Nuriyev səfərin yekunları ilə bağlı bildirib.
Ə.Nuriyev deyib ki, bu müzakirələr Gürcüstan siyasi rəhbərliyinin cəmiyyətimizdəki ab-havanı, ölkələrimizin münasibətlərinə baxışını, regionun gələcəyi ilə bağlı yanaşmalar və dövlətimiz tərəfindən yürüdülən siyasətin daha yaxşı başa düşülməsi üçün əhəmiyyətli oldu: “Şeyx həzrətlərinin bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi , təhlükəsizliyi ilə bağlı məsələlərə cəmiyyətimizin olduqca həssas münasibətini, gözləntilərini açıq şəkildə vurğulaması, izah etməsi Gürcüstanın rəsmi dairələrinin vəziyyətin obyektiv, rasional qiymətləndirməsinə, qayğılarımızı anlamalarına yardımçı olacaq”.
Ə.Nuriyevin sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadə xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasının hüquqlarının qorunması, onların ehtiyaclarının real qiymətləndirilməsi və müvafiq addımların atılması, onları narahat edən problemlərin həllinə həssas yanaşması ilə diqqət çəkib. “Bu məsələlərlə əlaqədar ən incə məqamlarla maraqlandı, maddi yardımlar göstərdi, tövsiyyələrini verdi, rəsmilərin diqqətinə çatdırdı”.
“QMİ sədrinin səfəri ilk növbədə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasına böyük mənəvi dəstək oldu. Şeyxülislam Allahşükür Paşazadənin təvözakar davaranışı, ünsiyyəti, çətinliklərə bələd olması səmimi müzakirə mühiti yaratdı və Azərbaycan dövlətinin bütün mümkün vasitələrlə soydaşlarımızı dəstəkləyəcəyinə inamı artırdı. Bir daha şahidi oldum ki, Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstanın dini və rəsmi dairələrində, soydaşlarımız arasında mənəvi nüfuzu yüksəkdir”-deyə Ə.Nuriyev vurğulayıb.
Onun fikrincə, bu səfər zamanı müşahidələri Gürcüstan siyasi rəhbərliyinin ölkəmizə münasibətinin bir sıra spesifik məqamlarını da aydınlaşdırmağa imkan verib: “Xüsusən Azərbaycan prezidenti, sənab İlham Əliyevə xüsusi münaisbətin, rəğbətin şahidi olduq. Hətta, bunu açıq ifadə etməkdən də çəkinmirlər, Şeyxülislam Allahşükür Paşazadə ilə müzakirələrdə Gürcüstan Baş nazirinin “Prezident Əliyev Qafqazın ən uzaqgörən siyasətçisidir” – deməsi də diplomatik jestdən çox, məhz bu rəğbətin təzahürü kimi qiymətləndirilə bilər”.
Əvvəlki məqalə

Rusiya 32 Yeni Zelandiya vətəndaşına qarşı sanksiya tətbiq edib

Sonrakı məqalə

“Şolts və hökuməti ilin sonuna kimi istefaya gedəcək”