“Rusiya ABŞ-ın Yaxın Şərqdə hegemonluğunu dağıdıb” –MKİ-nin əməkdaşı

“Rusiyanın Ukraynadakı müharibəsi ABŞ-ın hegemonluğuna əsaslanan beynəlxalq siyasi və maliyyə nizamının dağıdılmasına gətirib çıxardı”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Larri Conson “Dialogue works” YouTube kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, nəticədə Vaşinqtonun Yaxın Şərqdəki mövqeyi də zəifləyib.

Fələstin-İsrail münaqişəsinin lap əvvəlində ABŞ vəziyyəti düzəltməyə çalışıb. Vaşinqton bunun üçün İordaniya, Misir və ya Səudiyyə Ərəbistanı ilə gizli danışıqlar aparıb. Lakin bu dövlətlər Amerika tərəfinin çağırışlarına məhəl qoymayıb.

“İndi hər şey fərqlidir. Bu ölkələr ABŞ-a məhəl qoymur, onun bölgədən çıxıb getməsini tələb edirlər”, – Conson qeyd edib.

Qərb siyasətçiləri və ekspertləri belə qənaətə gəlirlər ki, Ukraynadakı münaqişə Qərblə Rusiyanın başçılıq etdiyi ölkələr arasında çatları daha da dərinləşdirib. İsraildəki vəziyyət qurulmuş dünya nizamını tamamilə alt-üst edəcək.

Azpost.info

Əvvəlki məqalə

“HƏMAS bunları yerinə yetirsə müharibə dayanacaq” –

Sonrakı məqalə

Tehranda XİN başçıları Bakı və İrəvan arasında sülhü müzakirə edəcək