Rusiya Afrikadakı muzdlu döyüşçülərini Kurska gətirir

Rusiya Kursk bölgəsini müdafiə etmək üçün Afrikada olan muzdlu döyüşçülərini ora köçürür.

Azpost.info bildirir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Məqalədə deyilir ki, Afrikanın Burkina-Faso ölkəsində yerləşən “Medvedi” Bears PMC-nin hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün Kursk bölgəsinə göndəriləcək.

Nəşr öyrənib ki, bu briqadada yüzə yaxın adam var. Onlar Burkina-Fasoda bir sıra əsas siyasi fiqurların, o cümlədən, hərbi xuntanın başçısı, kapitan İbrahim Traorenin təhlükəsizliyini təmin ediblər.

İndi onlar “çantalarını yığırlar”.  Ukrayna ordusunun avqustun 6-da Kursk vilayətində başlayan hücumuna qarşı Rusiyanın müdafiə səylərində iştirak etmək üçün yola düşürlər.

Əvvəlki məqalə

Kiberdələduzlar “app.ctost.com” domeni ilə pulları ələ keçirir –

Sonrakı məqalə

MDB Parlamentlərarası Assambleya Şurasının üzvləri ƏHD Partiyasında görüş keçirib