Rusiya Aİ-nin sanksiyalarına cavabını elan etdi- DETALLAR

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının 13-cü sanksiya paketinə cavabını elan edib.

Azpost.info xəbər verir ki, XİN Rusiyaya girişi qadağan edilən Avropa təsisatlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.

“Biz Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi preroqativlərinə xələl gətirirən bu cür hərəkətlərini qeyri-qanuni hesab edirik”, – XİN qeyd edib.

Rusiyanın məhdudiyyətlərinə aşağıdakılar daxildir:

– Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının və kommersiya təşkilatlarının nümayəndələri və Ukraynaya hərbi yardım göstərmək üçün məsul olan Aİ üzvü olan ölkələrin vətəndaşları;

– Rusiya məmurlarının qanunsuz həbsləri və insanların Ukrayna ərazilərindən çıxarılması ilə bağlı mühakimə ilə məşğul olan, Rusiya rəhbərliyinə qarşı “tribunal” yaradan və müvafiq materiallar toplayan Avropa strukturlarının nümayəndələri;

– Rusiya dövlət əmlakının müsadirə edilməsini və ya onlardan əldə edilən gəlirin Ukraynanın maraqları naminə istifadə edilməsini müdafiə edən, Rusiyaya qarşı sanksiyaların tətbiqini dəstəkləyən, Rusiyanın digər dövlətlərlə münasibətlərinə xələl gətirməyə çalışan və bu barədə dezinformasiyalar yaymaqla məşğul olan Avropa strukturlarının nümayəndələri;

– Rusiyaya qarşı sistemli şəkildə aqressiv bəyanatlar verən Avropa Şurasının nümayəndələri, Avropa İttifaqı ölkələrinin qanunvericilik assambleyalarının üzvləri, ATƏT PA və AŞPA iştirakçıları.

“Təsdiq edirik ki, Qərb ölkələrinin hər hansı qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab veriləcək”, – Rusiya XİN bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya XİN Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbuledilməz adlandırıb

Sonrakı məqalə

“Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır” –