Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli İşçi Qrupun iclası başlayıb –MOSKVADA

Moskvada Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun görüşü başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

İclasda Overçukdan başqa, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryan da iştirak edirlər.

“Moskvada dövlət başçılarının tapşırığı əsasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli İşçi Qrup öz işinə başlayıb”, – Matveyev deyib.

Mayın 31-də Overçuk Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşün keçiriləcəyini elan etmişdi. Onun sözlərinə görə, tərəflər pasport, gömrük və digər nəzarət növlərini, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasını müzakirə etməyi planlaşdırırlar.

Azpost.info

Əvvəlki məqalə

QMİ Məhərrəm ayı və Aşura gününün vaxtını açıqlayıb

Sonrakı məqalə

İlkin Süleymanov məhkəmədə son sözünü dedi