Rusiya Azərbaycanla hava və quru sərhəddini bağladı –Rusiyada olan vətəndaşlarımız necə gətiriləcək? (QƏRAR)

Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcəkdir.

Qeyd edək ki, uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusa qarşı peyvəndin hazırlanması üçün tədbirlər görülür” –

Sonrakı məqalə

Türkiyədən Bakıya daha 237 Azərbaycan vətəndaşı gətirilib