Rusiya hökuməti 2024-cü il mayın 31-dək ölkədən bərk buğdanın ixracına müvəqqəti qadağa qoyub.
Azpost.info xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin qərar imzalayıb.
İstisnalar beynəlxalq humanitar yardım, hökumətlərarası sazişlər çərçivəsində tədarüklərə, həmçinin Abxaziya və Cənubi Osetiyaya tədarüklərə aiddir.
Hökumətdən bildiriblər ki, ərzaq təhlükəsizliyini təmin etmək və daxili bazarda bərk buğda məhsullarının qiymətlərini sabitləşdirmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilir.
“Bərk buğdanın Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə – Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstana ixracına Rusiya Kənd Təsərrüfatı Nazirliyinin icazəsi əsasında hökumətin qərarı ilə müəyyən edilmiş kvotalar çərçivəsində icazə verilir”, – məlumatda deyilir.
Rusiyada 2022-ci ildə bərk buğda 1,3 milyon ton, ümumi buğda məhsulu isə 104,2 milyon ton olub.
Azpost.info