“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır” –Ukrayna Prezidenti

“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır. İşğal olunmuş ərazilərdən snayperlərlə atəş açılır”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Krımda, Donbasda və Ukrayna-Rusiya sərhədinin müxtəlif istiqamətlərində qoşunların artdığını görürük. Onlar bunu “Qərb-2021” təliminə hazırlıqla əlaqələndirirlər. Ancaq hamımız başa düşürük ki, bu, siyasi, hərbi və psixoloji təzyiqdir. Niyə psixoloji? Çünki onlar bizi vururlar və cavab verməyimizi gözləyirlər. Üstəlik, Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər. Ancaq biz onlara bu fürsəti verməyəcəyik. Onların ritorikasını, Rusiya Prezidentinin ətrafındakı ritorikanı görürük. Bunu bizim üçün, Avropa üçün və həm də onun öz ölkəsi üçün çox təhlükəli hesab edirəm”, – deyə Ukrayna Prezidenti qeyd edib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sədri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Sonrakı məqalə

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir