Şimali Koreya lideri Kim Çen In iyunun 12-də qeyd olunan Rusiya Günü münasibətilə təbrik məktubunda Moskvaya tam dəstəyini ifadə edib.
Azpost.info info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, rus xalqı bütün çətinliklərə baxmayaraq, öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini müdafiə etməkdə böyük uğurlar əldə edib.
“Koreya xalqı Rusuyaya tam dəstəyini ifadə edir”, – Kim Çen In deyib.
Şimali Koreya lideri Rusiya prezidenti Vladimir Putinə cansağlığı, rus xalqına firavanlıq arzulayıb.
Azpost.info