“Rusiya casus şəbəkəsi siyasi partiyalara sızaraq ölkəmizi təhdid edir”- Avstriya kansleri

Avstriya kansleri Karl Nehammer Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Egisto Ottun saxlanılmasından sonra Milli Təhlükəsizlik Şurasını çağırıb.

Azpost.info xəbər verir ki, E.Ott hazırda ləğv edilmiş Konstitusiyanın Müdafiəsi və Terrorla Mübarizə üzrə Federal İdarəsinin əməkdaşı olub.

“Rusiya casus şəbəkələri siyasi partiyalara və ya birliklərə sızaraq ölkəmizi təhdid edir. Casusluqla bağlı ciddi ittihamlar var. Bir tərəfdən bu ittihamlar məhkəmə tərəfindən aydınlaşdırılmalıdır, digər tərəfdən isə bu ittihamların Avstriyada təhlükəsizlik vəziyyətinə təsirinin qiymətləndirilməsi və aydınlaşdırılması zəruridir. Ona görə də mən Milli Təhlükəsizlik Şurasını çağıracağam”, – kansler deyib.

Milli Təhlükəsizlik Şurasının iclası aprelin 9-na təyin edilib.

Azpost.info

Əvvəlki məqalə

İsrail İran səfirliyinə və konsulluq binasına zərbələr endirib, ölənlər var

Sonrakı məqalə

İsrailin İran səfirlyinə zərbəsi nəticəsində bir neçə iranlı diplomat ölüb