“Rusiya dəvət olunmasa, Çin sülh danışıqlarında iştirak etməyəcək”- “Politico”

Rusiya nümayəndələri dəvət olunmasa, Çin Ukrayna üzrə sülh danışıqlarında iştirakdan imtina edə bilər.

Azpsot.info xəbər verir ki, bu barədə “Politico” Çin rəsmilərə istinadən yazıb.

Nəşrin məlumatına görə, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Avropa ölkələrinin hakimiyyət orqanlarına Pekinin mövqeyini çatdırıb.

Söhbət Ukrayna münaqişəsinin həlli üzrə İsveçrədə keçirilməsi planlaşdırılan qarşıdan gələn sammitdən gedir. Çinlə yanaşı, İsveçrə də sammitdə Rusiyanın iştirakında israrlıdır. Pekin və Bern hesab edir ki, hər iki tərəfin iştirakı olmadan tədbirin heç bir mənası yoxdur.

Rusiyanın iştirakı məsələsi Ukrayna prezidenti Vladimir Zelenski ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlarda da gündəmə gəlib. Ukrayna lideri bu fikrə qarşı çıxıb. O hesab edir ki, sülh planını Moskvanın iştirakı olmadan başqa ölkələr hazırlamalıdır.

Azpsot.info

Əvvəlki məqalə

Əksər bölgələrə yağış, dağlıq rayonlara qar yağıb

Sonrakı məqalə

Paşinyan delimitasiyaya Bağanıs kəndindən başlamağı təklif edib