Rusiya daha bir beynəlxalq təşkilatdan çıxarılıb

Amerika Dövlətləri Təşkilatı Rusiyanı daimi müşahidəçi statusundan məhrum edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rusiyanın təşkilatda daimi müşahidəçi statusundan məhrum edilməsinin lehinə 25 ölkə səs verib, 8 ölkə bitərəf qalıb, bir ölkə isə səsvermədə iştirak etməyib. ABŞ dövlət katibi Entoni Blinkenin fikrincə, təşkilata üzv dövlətlər bu qərarla nümayiş etdiriblər ki, Rusiyanın beynəlxalq humanitar hüququ və insan haqlarını pozmasına biganə deyillər. Baş ofisi Vaşinqtonda yerləşən Amerika Dövlətləri Təşkilatı 1948-ci ildə yaradılıb. Rusiya 1992-ci ildən bu beynəlxalq təşkilatda daimi müşahidəçi statusu alıb.

Azpost.info

Əvvəlki məqalə

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb –

Sonrakı məqalə

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11 % artıb