Rusiya Duması BMT-ni Qəzza və İsraildə axan qanı dayandırmağa- ÇAĞIRIB

Rusiya Dumasının deputatları BMT-yə müraciət edərək İsraildə və Qəzzada axan qanların dayandırılması üçün bütün mümkün tədbirləri görməyə çağırıblar.

Azpost.info xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Sənəd Dumanın sədri Vyaçeslav Volodinin tapşırığı ilə hazırlanıb.

Deputatlar qan tökülməsinin dayandırılmasının Yaxın Şərqdə görünməmiş humanitar faciənin qarşısını almağa kömək edəcəyini bildiriblər. O da qeyd olunub ki, HƏMAS ilə SAXAL arasında münaqişə artıq çoxlu sayda mülki əhalinin itkisinə səbəb olub.

Müraciətdə Əl-Əhli xəstəxanasında baş verən faciədən də bəhs edilir, beynəlxalq hüququn pozulması hallarına da xüsusi diqqət yetirilir.

Deputatların sözlərinə görə, toqquşmalar zamanı qadağan olunmuş sursatlardan istifadə edilib, mülki infrastruktura hücum edilib.

Azpost.info

 

Əvvəlki məqalə

Lavrov rusiyalı turistlərə Şimali Koreyada istirahət etməyi tövsiyə edib

Sonrakı məqalə

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb