Rusiya Duması Putinə yeni hüquq verəcək- Qanunu dəyişirlər

Dövlət Dumasının deputatları prezidentə Rusiya vətəndaşlarını beynəlxalq məhkəmələrin ədalətsiz qərarlarından qorumaq hüququnun verilməsini təklif edirlər.

Azpost.info xəbər verir ki, belə bir dəyişikliyin “Təhlükəsizlik haqqında” qanuna edilməsi nəzərdə tutulur.

Təklif Dövlət Dumasının saytında dərc olunub. Dəyişikliyin prezidentin təhlükəsizliyini qorumaq səlahiyyətlərini müəyyən edən 8-ci maddəyə edilməsini nəzərdə tutur.

Mart ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Bundan sonra parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin prezidentə beynəlxalq instansiyalardan vətəndaşlarımızı qorumaq üçün istənilən addımı atmaq hüququnun verilməsini təklif edib.

Volodin, digər məsələlərlə yanaşı, BCM-nin Rusiya ərazisində hər hansı fəaliyyətinə qanunvericiliklə qadağa qoyulmasına və onu dəstəklədiyinə görə cəzalandırılmasına çağırıb.

Rusiya rəsmiləri və qanunvericiləri BCM-nin qərarından hiddətləniblər. Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas qərarı absurd adlandırıb və Rusiyadakı bütün BCM hakimləri üçün dərhal həbs orderi verməyə çağırıb.

Kremldə isə Putinin həbsi ilə bağlı sualın qaldırılmasının özü “qeyri-qanuni və qəbuledilməz” kimi qiymətləndirilib.

Azpost.info

Əvvəlki məqalə

“İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”

Sonrakı məqalə

“Sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var”