Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var”

User 18 Aprel 2023 - 13:21 (Last updated: 21 May 2025 - 20:15)
paşinyan

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır: “Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.

Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması, kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrinin kəsişməsinə çevrilib: “Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artırıb”.

Hökumət başçısının sözlərinə görə, keçmiş Qarabağ münaqişəsinin bütün dövrü ərzində öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri yan-yana dayanıb. O qeyd edib ki, Ermənistan tərəfi bununla özünü və Qarabağdakı erməniləri aldadıb.

Paşinyan daha sonra qeyd edib ki, Madrid prinsipləri “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə imkan vermir”, çünki bu, sənədin məntiqinə kökündən ziddir(report).

Post navigation

Previous: Rusiya Duması Putinə yeni hüquq verəcək
Next: Üç ayda neft və qaz satışından 5 milyard manat gəlir gəlib –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin dekabrda keçiriləcək G20 sammiti çərçivəsində imzalana biləcəyini...
Read more about Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.