Rusiya Dumasının sədri Qərb təhsil sistemindən imtinaya çağırdı

“Rusiya təhsil modeli dəyişməlidir, kor-koranə Qərbi təkrarlamamalıyıq!” – Duma sədri

Rusiya təhsil modeli dəyişməlidir, biz bu sahədə Qərb təcrübələrini kor-koranə təkrarlamağı dayandırmalıyıq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında bildirib. O xatırladıb ki, təxminən bir həftə əvvəl internet istifadəçilərini hökumətin Bolonya ali təhsil sistemindən çıxmaq qərarını qiymətləndirməyə dəvət edib.

Sorğuda iştirak edənlərin təxminən 90 faizi bu niyyəti dəstəkləyib: “Rəyiniz üçün təşəkkür edirəm. Bugünün və sovet dövrünün ən yaxşı təcrübələrinə əsaslanan öz milli effektiv ali təhsil sistemimizi yaratmalıyıq”.

Azpost.info

Əvvəlki məqalə

Şolts, Makron, Dragi Kiyevə səfər edəcək –

Sonrakı məqalə

BMT Baş Assambleyasının prezidenti Azərbaycanda səfərdədir