Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında görüş planlaşdırılmır –

KREMLDƏN AÇIQLAMA
09 Noyabr 2021 - 14:39

Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov deyib ki, bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır.
O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır:
“Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur”.
Kremlin sözçüsü həmçinin bəyan edib ki, bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı imzaladığı razılaşmalar İrəvan və Bakı üçün son dərəcə əhəmiyyətlidir: “Bu razılaşmalar müharibəni dayandırmağa, regional iqtisadiyyatın və infrastrukturun inkişafı yoluna çıxmasına imkan verdi. Rusiya sülhməramlılar öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi təmin edir, atəşkəs rejiminə, qaçqınların geri qaytarılması prosesinə nəzarət edir. Ona görə də imzalanmış sənədlərin əhəmiyyətini, əlbəttə ki, qiymətləndirmək çətindir”.