Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib

Rusiya Fövqəladə Hallar Nazirliyinin 30 mütəxəssisdən ibarət əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Evqeniy Ziniçev məlumat verib.

O, bildirib ki, yola düşənlərin məqsədi orada vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyətləri əlaqələndirməkdir. Eyni zamanda nazirliyin xilasetmə mərkəzlərində 20 avadanlıqla birlikdə 150 mütəxəssisdən ibarət bir qrup da hazır vəziyyətə gətirilib. Bu isə ərazidə mobil hospital qurmaq və zərurət yarandığı halda əhaliyə tibbi yardım göstərmək üçündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov və Sergey Lavrov telefonla danışdı, atəşkəsin icrası müzakirə olundu –

Sonrakı məqalə

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj –