Rusiya Fransanın 34 diplomatını “persona non-qrata” elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Fransanın 34 diplomatını “persona non-qrata” elan edib. Onlardan iki həftə ərzində Rusiya ərazisini tərk etmək tələb olunur.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. “Aprel ayında Rusiya diplomatik qurumlarının 41 əməkdaşını ölkədən çıxaran Fransa hökumətinin təxribatçı və əsassız qərarına görə bu gün səfir Pyer Levi XİN-ə çağırılıb və ona kəskin etiraz bildirilib. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb”, – Rusiya XİN-in bəyanatında bildirilir.

Azpost.info

Əvvəlki məqalə

İtaliya Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəklədi –

Sonrakı məqalə

ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyəti Bakıya gəlib