Rusiya hərbi gəmilərini Sevastopol buxtasından çıxarır

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin bir hissəsi Sevastopol buxtasından çıxarılıb.

Azpost.info xəbər verir ki, bu, sentyabrın 13-də Ukrayna ordusunun Sevastopola zərbələri zamanı Rusiyanın “Rostov-na-Don” sualtı qayığı və “Minsk” iri desant gəmisinin zədələnməsinndən sonra baş verib.

Bu barədə Ukraynanın işğal olunmuş ərazilərində yaradılmış “ATEŞ” partizan hərəkatı öz Teleqram kanalında məlumat yayıb.

Müşahidəçilərə görə, buxtada qalan gəmilər də onu tərk etməyə hazırlaşır.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ məsələsi yaxın zamanlarda tam bitəcək” –

Sonrakı məqalə

Diplomatik korpus üçün bölgədə son vəziyyətə dair brifinq keçirilir –