ABŞ və müttəfiqlərinin kəşfiyyat agentlikləri Rusiyanın nüvə silahlarını diqqətlə müşahidə edir.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Rusiya hərbi qüvvələrinin yerləşdiyi ərazilərdə kommersiya peykləri vasitəsilə Yer səthinin şəkillərini çəkən kəşfiyyat xidmətləri Moskvanın genişmiqyaslı nüvə müharibəsi aparacağına inanmırlar. Lakin hesab edirlər ki, Rusiya taktiki nüvə silahından istifadə edə bilər”, – məqalədə qeyd olunur.
“Onlar heç vaxt strateji nüvə silahlarından istifadə etməyəcək, qitələrarası ballistik raket buraxmayacaq və ya Tu-95 bombardmançısını işə salmayacaqlar. Edəcəkləri şey qısamənzilli silahlardan istifadə etməkdir. Bu silahların mikronüvə yükləri adlanan döyüş başlıqları var”, – ABŞ rəsmisi “Politico”ya bildirib.
Azpost.info
